"Beşiktaş" heyətini İngiltərə millisinin üzvü ilə gücləndirmək istəyir.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, 2020-21 mövsümü üzrə Türkiyə çempionu Temmi Abrahama "elçi düşüb". "Qara qartallar" 23 yaşlı hücumçunun icarəsi üçün "zadəganlar"a rəsmi təklif göndərib. "Çelsi" Abrahamı gələn mövsüm heyətdə saxlayıb-saxlamayacağı barədə qərarını "Beşiktaş"a bildirəcəyini açıqlayıb.
Qeyd edək ki, ingiltərəli futbolçu ötən mövsüm Premyer Liqada 22 oyuna çıxıb, 6 qol vurub və 2 assistlə yadda qalıb.