"Beşiktaş" niderlandlı futbolçunu heyətinə qatmağa hazırlaşır. 

Offsideplus.az AS-a istinadla xəbər verir ki, istanbulluların baş məşqçisi Sərgən Yalçın Lük de Yonqun xidmətində maraqlıdır. Keçidlə bağlı 30 yaşlı futbolçunun agenti ilə klub rəhbərliyi arasında danışıqların başlandığı bildirilib. "Sevilya"nın satışından azı 10 milyon avro qazanmaq istədiyi hücumçu ilə PSV də yaxından maraqlanır.

Qeyd edək ki, Lük de Yonq "Sevilya" formasında keçirdiyi son mövsümdə 48 oyunda 9 qol vurub, 1 məhsuldar ötürmə verib.