"Roma"nın yeni baş məşqçisi  Joze Mourinyo Edin Cekonu komandada istəmir.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 35 yaşlı forvardı növbəti mövsümkü heyətdə düşünmür. Futbolçuya təklif edən komandalardan biri Çempionlar Liqasına vəsiqə qazanan "Beşiktaş"dır. Ceko ilə əlaqəyə saxlayan "qara qartallar", maliyyə məsələlərini müzakirə edir. 

Qeyd edək ki, Edin Ceko "Roma" ilə çıxdığı 38 oyunda 13 qol vurub, 5 assist edib.