"Fənərbağça"nın prezidenti Ali Koç keçirdiyi mətbuat konfransında yeni mövsüm üçün ediləcək transferlərdən bəhs edib.
Offsideplus.az xəbər verir ki, klub prezidenti ümumilikdə 5 transfer gerçəkləşdirmək istəyir.
"Bir mərkəz müdafiəçisi, 1 vinger, 1 forvard və ola bilsin ki, sağ və sol cinah müdafiəçiləri. Ən azından bu transferlər baş tutacaq".
Ali Koç, komandanın 70%-nin hazır olduğunu açıqlayıb.