Türkiyənin "Adana Demirspor" klubu heyətini ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, uzun fasilədən sonra Super Liqaya yüksələn komanda "Monza"nın məşhur siması Mario Balotellini sıralarına qatmaq niyyətindədir.
Sözügedən klubun prezidenti Murat Sancak artıq 30 yaşlı hücumçu ilə görüşdüklərini və müsbət nəticə əldə etdiklərini bildirib.
Eyniadlı şəhər təmsilçisinin həmçinin İngiltərənin "Brayton" klubu ilə müqaviləsinin müddəti başa çatan Danni Uelbeklə və "Milan"ın isveçli ulduzu Zlatan İbrahimoviçlə də yaxından maraqlandığı bildirilir.
Qeyd edək ki, Balotelli ötən ildən "Monza"da çıxış edir.