2021/2022-ci illər mövsümü üçün "Fənərbağça" klubunda köklü dəyişikliklərin edilməsi planlaşdırılır.

 Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Emre Belözoğlu sərəncamında görmək istədiyi trfutbolçuların siyahısını müəyyənləşdirib.

Həmin oyunçular arasında Avropanın yaşıl meydanlarında top qovan məşhurlar da var:

Edin Visça

"Fənərbağça"nın ilkin hədəflərindən biri də "Başakşəhər"in 31 yaşlı vingeri Edin Visçadır.

Çingiz Ündər

İcarə əsasında "Lester"də çıxış edən 23 yaşlı türkiyəli cinah oyunçusu yenidən "Roma"ya qayıdacaq. "Fənərbağça" sözügedən oyunçunu bu yay öz sıralarına qatmaq niyyətindədir. Ündərin "canavarlar"la müqaviləsi bu mövsümün sonunda başa çatacaq.

Kənan Karaman

"Kanarya"nın transfer hədəflərindən biri də hazırda Almaniyanın "Fortuna Düsseldorf" klubunda forma geyinən 27 yaşlı hücumçudur.

Aleksis Sançes

İstanbul təmsilçisi azarkeşlərini daha bir ulduzun transferi ilə sevindirmək niyyətindədir. İtaliya "İnter"inin şərəfini qoruyan 32 yaşlı çilili forvard da Emre Belözoğlunun sərəncamında görmək istədiyi əsas oyunçulardandır.