"Fənərbağça" "Şalke"nin futbolçusu Şkodran Mustafi ilə yaxından maraqlanır.
Offsideplus.az "Takvim"ə istinadən xəbər verir ki, "sarı-lacivərtlər" 29 yaşlı müdafiəçinin agenti ilə əlaqə saxlayıblar. Məsut Özilin də "Arsenal" və Almaniya millisindən sabiq komanda yoldaşı olan Mustafini razı salacağı gözlənilir.
Şkodranın "Fənərbağça"nın təklfinə müsbət baxdığı bildilir.
Qeyd edək ki, 2016-cı ildən "topçular"ın şərəfini qoruyan Şkodran Mustafi, 2021-ci ilin fevralında "Şalke"yə transfer olundu.