"Qalatasaray" "Lids Yunayted"də forma geyinən Ezqan Alioskini heyətinə qatmağa çox yaxındır.

Offsideplus.az "Football Insider"a istinadən xəbər verir ki, "Cim-Bom" 29 yaşlı forvardın transferini bitirmək üzrədir. "Qalatasaray" rəhbərliyinin Şimali makedoniyalı futbolçu ilə mart ayından razılığa gəldiyi bildirilir.

Qeyd edək ki, Alioskinin Premyer Liqa təmsilçisi ilə anlaşması mövsümün sonu başa çatır.