"Fənərbağça" klubu heyətini ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "sarı-larcivərtlər" "Çelsi"nin fransalı hücumçusu Olivye Jirunu rənglərinə bağlamaq niyyətindədir.
Böyük Britaniyanın "Mirror" nəşrinin yazdığına görə, İstanbul təmsilçisi yayda 34 yaşlı forvardla müqavilə bağlamağı planlaşdırır.
Jirunun "Fənərbağça"ya gəlməsində komanda üzvü Məsut Özil də "dəridən-qabıqdan çıxır".
Belə ki, türkiyəli futbolçu keçmiş komanda yoldaşının Super Liqa təmsilçisinə gəlməsi üçün onunla danışıqlar aparır.
Qeyd edək ki, 2018-ci ildən "Çelsi"də çıxış edən Jiru bu mövsüm 11 qola imza atıb.