Türkiyə millisinin sabiq üzvü Nihat Kahveci sosial şəbəkə hesabından "Real"ın və Avropa Super Liqasının prezidenti Florentino Peresin Türkiyə ilə bağlı fikirlərinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, 41 yaşlı sabiq futbolçu Peresin "Hər müraciətə açığıq, lakin Türkiyədən bir komanda Super Liqaya qoşulsa, problem olar. Çünki pul böyük oyunlardan, böyük rəqabətlərdən gəlir" sözlərinə belə cavab verib:

"Peres, sus məncə. Danışdıqca batırsan. "Real Sosyedad"da oynadığım dönəmdə çempionluğu 1 xalla bizdən aldın. O dönəmdə titrəyərək kimin qollarından qorxurdun? Türkiyə Super Liqasının adını ağzına alarkən diqqətli ol! Nə qədər türk futbolçu oynadı "Real Madrid"də?"