"Erzurumspor" klubu 4 futbolçusu ilə müqaviləsinə xitam verib.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə klubu Brahim Darri, El Kabir, Manuel da Kosta və Aatif Şaeşue ilə yolları ayırıb.
Qeyd edək ki, "Erzurumspor" 35 oyuna 34 xal toplayaraq, turnir cədvəlində 21 komanda arasında 18-ci pillədədir.