"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın "Fiorentina"nın futbolçusuna heyran qalıb.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis Duşan Vlahoviçi heyətinə qatmaq istəyir. Hazırda Super Liqaya liderlik edən komandaya rəhbərlik edən Yalçın, 21 yaşlı hücumçunun performansından razı qalaraq, onun barədə "Yeni Zlatan", - deyib.
Qeyd edək ki, "Beşiktaş" 71 xalla turnir cədvəlinin vahid lideridir.