"Fənərbağça"nın prezidenti Ali Koç koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub rəsmisinin COVID-19 testi müsbət nəticə verib. 

Koronavirusa yoluxan Ali Koç dərhal karantinə alınıb.