Türkiyə Superliqasının 32-ci turunda baş tutan "Hatayspor" - "Qalatasaray" matçı öncəsi "sarı-qırmızılar"ın məşqçisi Levent Şahin açıqlama verib.
Offsideplus.az xəbər verir ki, mətbuat konfransında iki futbolçunun əskikliyini bildirən Şahin bu sözləri deyib: "İki futbolçumuzu da toya, COVID-19-a verdik". Sözügedən toy isə yenicə ailə həyatı qurmuş İrfan Can Kahveciyə aid idi.
3:0 hesabı ilə başa çatan matçın sonlarına yaxın futbol karyerasını başa vuran Yalçın Ayhan ironiyalı şəkildə belə bir paylaşım edib: "Məğlubiyyətin səbəbi nə məşqçilər heyəti, nə futbolçular, nə də taktikadır! Hamısının tək səbəbi İrfan Can Kahvecinin toyudur..."
İrfan Can Kahveci isə Yalçının bu paylaşımını bəyənərək Levent Şahinin açıqlamasına göndərmə edib.
Alınan mağlubiyetin sorumlusu ne teknik kadro ne futbolcular ne taktik ne sistem!
— Yalçın Ayhan (@Ayhylc02) April 3, 2021
Hepsinin tek sebebi
İrfan Can Kahveci’nin düğünü..