"Qalatasaray" axtarışında olduğu hücumçunu Asiyada tapıb.
Offsideplus.az "Aspor"a istinaən xəbər verir ki, yeni mövsümdə Radamel Falkao və Mbaye Diagne ilə yollarını ayıracaq "Cim-Bom" "Əl-Əhli" (Dubay) klubundan İqor Jesusla maraqlanır. Klub rəhbərliyinin 20 yaşlı braziliyalı ilə təmasa keçdiyi bildirilir.
Qeyd edək ki, İqor Fransanın "Marsel", İngiltərənin "Everton" klublarının da hədəfindədir. BƏƏ təmsilçisi ilə 2022-ci ilin dekabrına qədər müqaviləsi olan forvard bu mövsüm 22 oyuna 11 qol vurub, 11 məhsuldar ötürmə edib.
Peşəkar karyerasına "Koritiba"da başlayan futbolçu 2020-ci ildə 2 milyon avroya "Əl-Əhli"yə transfer olunub. İqorun hazırki dəyəri 4,5 milyon avrodur.