Türkiyə Superliqası təmsilçisinin mövsümün sonu üçün transfer planı bəlli olub.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, "sarı-lacivərtlər" hər şeydən əvvəl komandanın sükanı arxasına Yoahim Lövü gətirmək istəyir. Almaniya Futbol Federasiyası bir müddət öncə 61 yaşlı mütəxəssis milli ilə yollarını ayıracağını açıqlamışdı. "Fənərbağça" Lövü baş məşqçi kimi gətirə bilsə, hədəfini dünya ulduzuna çevirəcək.
Belə ki, Almaniya millisinin və PSJ-nin futbolçusu Yulian Draksler ilə Superliqa təmsilçisi yaxından maraqlanır. "Fənərbağça" bu transferi Yoahim Lövün köməyi ilə həyata keçirməyi planlaşdırır.
Qeyd edək ki, Drakslerin PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatır.