Yılmaz Vural Türkiyə Superliqasına geri dönür.
Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis "Erzurumspor"la razılığa gəlib. 5 gün içində ikinci məşqçini gətirən Superliqa təmsilçisi bu mövsüm 5-ci çalışdırıcını komandanın sükanı arxasına gətirmiş olacaq. Tezliklə klub tərəfindən rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Dünən İsmayıl Kartal 5 günlük baş məşqçilik dönəmini oyun keçirmədən istefa edərək başa vurub.
Qeyd edək ki, Yılmaz Vural sonuncu dəfə 2016-17 mövsümünün ikinci yarısında "Göztepe"yə rəhbərlik edib.