Türkiyə Super Liqasında növbəti növbəti baş məşqçi istefası reallaşıb.
Offsideplus.az xəbər verir ki, “Erzurumspor” klubunun yenicə təyin edilmiş baş məşqçisi İsmayıl Kartal vəzifəsindən ayrılıb.
Beş gün əvvəl bu posta gətirilən mütəxəssisin bu gün Antalyada hazırlıq keçən komadanın düşərgəsini tərk etdiyi və artıq onunla yolların ayrıldığı bildirilib.
Çalışdırıcı ilə klub rəhbərliyi arasında fikir ayrılığı olduğundan bu qərarın verildiyi qeyd olunub.