Bu gün baş məşqçisi Erol Bulutla yolları rəsmən ayıran "Fənərbağça" bu posta Yoahim Lövü gətirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu "Bild" nəşri məlumat yayıb.
Xəbərə görə, İstanbul təmsilçisi AVRO-2020-dən sonra Bundestimdən ayrılacaq təcrübəli mütəxəssislə müqavilə imzalayacaq.
Qeyd edək ki, Löv 1998/1999 mövsümündə də "sarı-larcivərtlər"in baş məşqçisi olub.
Əlavə edək ki, komandanı mövsümün sonunadək klubun idman direktoru Emre Belözoğlu çalışdıracaq.