Türkiyənin "Erzurumspor" klubunda ayrılıq yaşanıb.
Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Məsut Bakkalla müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Səbəb kimi klubun uğursuz çıxışı və son olaraq, bu gün Super Liqada "Antalyaspor"a 1:3 hesablı məğlubiyyət göstərilir.
Qeyd edək ki, 57 yaşlı mütəxəssis ötən ildən "Erzurumspor"u çalışdırırdı.