Türkiyə Super Liqasının 31-ci turunda bu gün keçirilən "Qalatasaray" - "Rizespor" matçında şok anlar yaşanıb.
Offsideplus.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Fatih Terim rəqib komandanın əməkdaşlarının üzərinə şığıyıb.
67 yaşlı mütəxəssis "Rizespor" əməkdaşlarının ona işlətdiyi ifadələrdən sonra özündən çıxıb və əsəblərinə hakim ola bilməyərək, həmin şəxslərin üzərinə gedib.
Köməkçiləri Terimi güclə sakitləşdiriblər.
Qeyd edək ki, oyun "Rizespor"un 4:3 hesablı qələbəsi ilə başa çatıb.