Türkiyə Super Liqasında son olaraq doğma meydanda "Gənclərbirliyi" klubuna 1:2 hesabı ilə məğlub olan "Fənərbağça" çempionluq yarışında ağır "zərbə" alıb.
Offsideplus.az xəbər verir ki, Türkiyənin "Fotomaç" qəzetinin əməkdaşı, "A Spor" kanalında qonaq olan Zeki Uzundurukan tamaşaçılara "sarı-larcivərtlər"in prezidenti Ali Koçun maraqlı etirafını səsləndirib.
Belə ki, Uzundurukan klub rəhbərinin yaşananlardan sonra rahatlığını itirdiyini və gecələr yata bilmədiyini deyib:
"Artıq yata bilmirəm, kabuslar görürəm. Ən sadiq "Fənərbağça" azarkeşi belə ümidsiz vəziyyətdədir. Birlikdə oyun izlədiyim dostlarım belə məni axtarmır. Klubu bu günə salanları, kefsiz hala gətirənləri mən də kefsiz edəcəyəm".