"Fənərbağça" gələn mövsüm komandanın başına gətirmək istədiyi baş məşqçini seçib. 

Offsideplus.az "Sabah"a istinadən xəbər verir ki, "sarı-lacivərtlər" Almaniya millisinin baş məşqçisi Yoahim Lövü baş məşqçi postuna gətirməyi planlaşdırır. Klub rəsmilərinin 61 yaşlı mütəxəssisə rəsmi təklif göndərdiyi bildirilir.

1998-99-cu illərdə "Fənər"ə baş məşqçilik edən Yoahimin Məsut Özil də komandada olduğu üçün təklifə müsbət cavab verəcəyi gözlənilir.

Qeyd edək ki, Almaniya Futbol Federasiyası AVRO-2020 oyunlarından sonra Yoahim Lövün millini tərk edəcəyini açıqlayıb.