Cari mövsümü çempion olaraq bitirmək istəyən "Qalatasaray" 2021-2022-ci illər üçün heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, Super Liqanın 28-ci turunda "Ankaragücü"nə məğlubiyyətdən sonra baş məşqçi Fatih Terim mütləq şəkildə yeni cinah oyunçusu alınmasını istəyir.
67 yaşlı mütəxəssisin ilk hədəfi isə Edin Viskadır.
Terim "cim-bom" rəhbərliyindən 31 yaşlı yarımmüdafiəçi ilə yenidən danışıqlar masasına oturulmasını tələb edir.
Türkiyə mətbuatının yazdığına görə, təcrübəli futbolçu ilə qarşıdakı günlərdə danışıqlara başlanılacaq.
Qeyd edək ki, Viska bu mövsüm "Başakşəhər" forması ilə çıxdığı 15 oyunda 5 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.