"Kayserispor"da yeni baş məşqçi təyinatları baş tutub.

Offsideplus.az klubun rəsmi syatına istinadən xəbər verir ki, komandada baş məşqçinin səlahiyyətləri Uğur Kulaksız ve Alper Kelkitliyə həvalə edilib.

Kayseri təmsilçisində əsas söz sahibi 2011 - 2012-ci ildə "Qarabağ" klubunun akademiyasında məqşçilik edən Uğur Kulaksız olacaq. 

Qeyd edək ki, "Kayserispor" bir müddət öncə baş məşqçisi Dan Petresku ilə yollarını ayırıb.