Türkiyə Superliqası oyunlarını yayımlayan "Beinsports" media şirkəti "Fənərbağça"nın prezidentini məhkəməyə verməyə hazırlaşır.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, buna son dönəmlərdə "Beinsports"a qarşı həyata keçirilən etirazlar səbəb olub. Belə ki, bir müddət öncə yayım şirkəti "sarı-lacivərtlər"li futbolçuların oyundan sonrakı müsahibələrini yayımlamamışdı. Qarşılığında isə "Fənər"lilər "be fair" kampaniyası başladaraq, üzərində "Beinsports"u ədalətli və qərəzsiz olmağa çağıran yazılı köynəklər geyinməyə başlayıb.
Bu səbəbdən məşhur yayım şirkəti Ali Koçu məhkəməyə verməyi planlaşdırır.