Uesli Sneyderin gedişindən sonra heç cür istədiyi "10 nömrə"ni tapa bilməyən "Qalatasaray" arzusuna çatacaq.
Offsideplus.az "Fotomaç"a istinadla xəbər verir ki, İstanbul klubu Otavia da Silva Monteyronun izinə düşüb. Braziliyalı yarımmüdafiəçinin "Portu" ilə müqaviləsinin müddəti yayda başa çatacaq. Lakin futbolçu klub rəhbərliyinin yeni anlaşma təklifini bir neçə dəfə rədd edib. İddiala görə, İngiltərə və İtaliya klublarından təklif alan Monteyro "Qalatasaray"ın da onunla yaxından maraqlandığını bilir. 26 yaşlı futbolçunu həvəsləndirən isə Türkiyəyə də ona Portuqaliyada qazandığından iki dəfə artıq pulun təklif olunması və əlavə bonuslardır.
Qeyd edək ki, "Portu" braziliyalı yarımmüdafiəçi 2014-cü ildə "İnternasyonal"dan 2,5 milyon avroya alıb. Portuqaliya təmsilçisində indiyə qədər 169 oyunda 17 qol vurub, 45 məhsuldar ötürmənin müəllifi olub.