"Qalatasaray"ın yeni transferi Mustafa Məhəmməd ilk 2 oyunda vurduğu qollarla azarkeşlərin könlünə yol tapmağı bacardı.
Offsideplus.az xəbər verir ki, misirli futbolçunun Türkiyə karyerasına qolla başlaması fərdi məşqçisini xeyli ümidləndirib. Məhəmməd Salahın da fərdi məşqçisi olan Əhməd Cəmil "Fotomaç"a açıqlamasında yetirməsi haqda bu fikirləri səsləndirib: "Mustafa özünü Super Liqada oynamağa hazır sayırdı. Və bunun üçün daim məşq edirdi. Gərgin məşqlərin nəticəsini gələcəkdə daha çox görəcək. İlk hədəfi qollarıyla komandasına fayda verməkdir. Daha sonra Super Liqanın bombardiri olmaq. Fikrimcə, 20 qol həddini aşacaq. Ən sonda isə Premyer Liqaya gedəcək".
Qeyd edək ki, 23 yaşlı futbolçu karyerası ərzində vətəni Misirdə çıxış edib. Bu onun legioner kimi ilk sınağıdır.