Türkiyənin “Trabzonspor” klubu yarımmüdafiəçisi Bilal Başacıkoğlu ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi 25 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, Bilal Başacıkoğlu 2020-ci ilin yanvar ayından “Trabzonspor”un uğurları üçün çalışırdı. Onun klubla 2022-ci ilin may ayına kimi müqaviləsi var idi.