Türkiyə Superliqasında 16-cı turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, "Beşiktaş" səfərdə "Kayserispor"un qonağı olub. "Qartallar" qələbə qollarını son dəqiqələrdə rəqib torundan keçiriblər. 89-cu dəqiqədə Nkudu penalti zərbəsini dəqiq yerinə yetirir. Aydın Hasiç 90+7-də qol vuraraq oyunda son nöqtəni qoyur: 0:2.

Səfərdən 3 xalla qayıdan "Beşiktaş" xallarının sayını 31-ə çatdıraraq 2 il yarım müddətdən sonra liderliyə yüksəlib. 

"Kayserispor" - "Beşiktaş" 0:2 (C.K.Nkudu, 89. -pen. A.Hasic, 90+7.)