Türkiyənin “Qalatasaray” klubu 2 yerli futbolçunu heyətə qatmağa çalışır.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kasımpaşa”nın yarımmüdafiəçisi Aytaç Kara ilə anlaşmağa yaxın olan “cim-bom” “Kayserispor”dan yenicə qovulan Hasan Hüseyin Acarın da xidmətində maraqlıdır.
Qeyd edək ki, Hasan Hüseyin Acar bir müddət əvvəl Azərbaycan millisində oynamaq üçün AFFA-dan təklif aldığını, lakin Türkiyə yığmasında çıxış etmək arzusuna görə, bundan imtina etdiyini bildirmişdi. Mahir Şükürov isə saytımıza müsahibəsində onu AFFA-ya özünün təklif etdiyini açıqlamışdı.