Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən "Erzurumspor" klubunun yeni baş məşqçisi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi  mövsümün sonuna kimi Mesut Bakkala tapşırılıb. 56 yaşlı mütəxəssis bu postda Hüseyin Çimşiri əvəzləyib.

 "Erzurumspor" Superliqada 14 oyundan 9 xalla sonuncu pillədədir.

Qeyd edək ki, komandaya mövsümün əvvəlində Mehmet Altıparmak rəhbərlik edib. Onun istefasından sonra Mehmet Özdileklə müqavilə imzalanıb. Dekabrın əvvəlində isə Özdileki Hüseyin Çimşir əvəzləmişdi.