"Başakşəhər"in futbolçusu Edin Viska 14 məhsuldar ötürmə ilə Avropanın beş böyük çempionatında ən çox assist edən ikinci futbolçu olub.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Viska bu göstəricilərlə "Barselona"nın ulduzu Messi və PSJ-nin braziliyalı futbolçusu Neymarı geridə qoyub.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2011-ci ildən "Başakşəhər"in şərəfini qoruyur.