“Qalatasaray” klubu müdafiəçisi Maykonu Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubuna satıb.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı braziliyalı futbolçunu 1 milyon 430 min avroya satıb. Son ilyarımı “Əl-Nəsr”də icarədə keçirən Maykon “Qalatasaray”dan birdəfəlik ayrılmağa qərar verib.
Qeyd edək ki, Maykon 2017-ci ildə “San Paulo”dan “Qalatasaray”a transfer edilmişdi.