"Erzurumspor"da çıxış edən “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Türkiyənin “Sabah.com” saytına açıqlama verib.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı qolkiper gələcək karyerası barədə danışarkən “Qalatasaray” və “Beşiktaş"dan təklif almadığını da açıqlayıb:
“Erzurumspor”la müqaviləm bitib. Burada qalmaq istəyərəm. 5-6 gün istirahət edib daha sonra gələcəyimlə bağlı qərar verəcəm. “Beşiktaş” və “Qalatasaray”ın mənimlə maraqlandığını oxuyuram. Ancq onlardan mənə rəsmi təklif gəlməyib. Bosniya və Herseqovinanın bir nömrəli qapıçısıyam. Davamlı oynaya biləcəyim komandaya getmək istəyirəm”.
Qeyd edək ki, İbrahim Şehiç 2013-18-ci illərdə “Qarabağ”da çıxış edib.