Türkiyənin "Beşiktaş" klubu bosniyalı qapıçı Asmir Beqoviçi transfer edir.

 Offsideplus.az xəbər verir ki, Kariusun gedişindən sonra qapıçı axtarışını davam etdirən İstanbul təmsilçisi "Qarabağ"ın sabiq futbolçusu ilə danışıqlara başlayıb.

"Bornmut" klubuna məxsus olan futbolçu son olaraq "Qarabağ" və "Milan" klublarında icarədə oynayıb. 33 yaşlı qolkiperin klubu ilə müqaviləsi gələn il bitəcək.