"Başakşəhər" klubu ilə müqaviləsi bitdikdən sonra hansı komandaya gedəcəyi maraqla gözlənilən Arda Turan haqda yeni xəbərlər yayılıb.

Offsideplus.az xəbər verir ki, "Qalatasaray"a keçəcəyi ehtimal edilən təcrübəli yarımmüdafiəçi ilə Argentina klubu maraqlanır.

Belə ki, sözügedən ölkənin nəhəng klubu "Boka Xuniyors" 33 yaşlı futbolçu ilə güclənmək niyyətindədir.

Klub həmçinin Kavani, Podolski kimi məşhur oyunçularla da maraqlanır.

Qeyd edək ki, Arda Turan hazırda müqavilə ilə "Barselona" klubuna məxsusdur.