"Qalatasaray"ın üzvlərindən biri mövsümün sonunda komandanı tərk edəcək.
Offsideplus.az xəbər verir ki, Radamel Falkao İstanbul təmsilçisindən ayrılacaq.
Təcrübəli hücumçu maaşının azaldılması ilə razılaşmadığı üçün komandanı tərk etməyi qərarlaşdırıb.
Radamel Falkao Səudiyyə Ərəbistanında çıxış edəcək. O, “Əl-Hilal”ın təklifini qəbul edib.