“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Türkiyə Süper Liqasının son turunda “Malatyaspor”a qalib gəldikləri matçı şərh edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis “Fənərbağça” ilə qarşılaşacaqları derbidə qələbə qazanacaqlarını bildirib:
"Hələ ki, hər şey istədiyimiz kimi gedir. 6 oyunun hamısında 3 xal qazanmağı bacarmışıq. Bu mövsüm Kadıköyə daha forumda yollanırıq. Rəqib bizdən çəkinsin, biz çəkinmirik. Heç bir derbi asan olmur. Kadıköydən qələbə ilə qayıdacağımıza inanıram. Mən heç vaxt oyunçularıma bərabərlik kifayətdir deməmişəm. Məqsədimiz 3 xal qazanmaq olacaq. Bunun üçün bütün qüvvəmizi ortaya qoyacağıq".
Xatırladaq ki, "Fənərbağça"-"Qalatasaray" derbisi fevralın 23-ü keçiriləcək.