Bu gün Türkiyənin bir sıra media orqanlarında "Qalatasaray" klubunun keçmiş futbolçusu Didier Droqbanı məşqçi postuna gətirməyi düşündüyü və artıq onunla görüş keçirdiyi barədə yazılar dərc edilib.

Offsideplus.az xəbər verir ki, bununla bağlı klubdan rəsmi açıqlama verilib. Belə ki, "sarı-qırmızılılar" belə bir məsələnin gündəmlərində olmadığını bildirib:

"Bəzi media orqanlarında komandamızın rəhbərliyinin Didier Droqbanın məşqçiliyə gətirilməsi barədə onunla görüş keçirməsi barədə əsassız xəbərlər yayılıb. Öncəliklə bildirmək istəyirik ki, bütün kollektivimiz - klub rəhbərliyi, məşqçilər korpusu, futbolçular və azarkeşlərimiz çempionluğa hədəflənib. Belə yalan məlumatlara inanmamağınızı sizdən xahiş edirik".

Qeyd edək ki, Droqba 2013-2014-cü illər mövsümündə "Qalatasaray"da çıxış edib. Əfsanəvi futbolu çıxdığı 37 oyunda 15 dəfə fərqlənib.

Daşqın Əziz