Bu ilin yayında “Qalatasaray"a transfer edilən kolumbiyalı hücumçu Radamel Falkao Argentinanın “River Pleyt” klubuna keçə bilər.

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hücumçunun qış transfer pəncərəsində klubunu dəyişmək ehtimalı böyükdür.

İddiaya görə, Falkaonun bu günə qədər sərgilədiyi oyun “Qalatasaray” rəhbərliyini narazı salıb. Bu səbəbdən klub və futbolçu ayrılmağa müsbət yanaşır.

Qeyd edək ki, hücumçu “Qalatasaray”da çıxdığı 10 rəsmi oyunda iki dəfə qol vura bilib.