Türkiyə Kubokunun yarımfinal mərhələsində baş tutan "Beşiktaş" - "Fənərbağça" (2:2) qarşılaşması 3 qırmızı vərəqə ilə yadda qalmışdı.
Offsideplus.az xəbər verir ki, derbidə rəqibi vurduğuna görə meydandan qovulan "qara qartallar"ın liderlərindən Rikardo Kuarejma üçün İntizam Komitəsinin cəzası açıqlanıb.
Portuqaliyalı ulduza 5 oyunluq cəza kəsilib. O, 22 min TL cərimə də ödəməlidir.
"Beşiktaş" bu qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Kuarejmanın cəzası azaldılmazsa, təcrübəli futbolçu Superliqada "Gənclərbirliyi", " Başakşəhər", "Alanyaspor" və "Göztəpə" ilə oyunları buraxacaq.
Mənbə: Goal.az