Türkiyənin "Qalatasaray" klubu əsas komandanın futbolçusu Stiven Nzonzini heyətdən kənarlaşdırıb. 

Offsideplus.az rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı fransalı yarımmüdafiəçinin məşqdə intizamsızlıq etməsi olub. 

Xatırladaq ki, Stiven Nzonzi müqavilə ilə İtaliyanın "Roma" klubuna məxsusdur. O, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında qızıl medal qazanıb.