Yeni mövsümə uğursuz start götürən "Beşiktaş" heyətində "təmizləmə işləri" aparmaq qərarına gəlib.
"Ağ-qaralar" 3 əcnəbi futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.
Belə ki, müdafiəçi Qari Medel və yarımmüdafiəçilər Rikardo Kuarejma ilə Cermeyn Lens baş məşqçi Abdullah Avcının gələcək planlarına daxil deyil. Rəhbərlik adıçəkilən oyunçularla görüşərək, "transfer pəncərəsi" bağlanana qədər özlərinə klub tapmaq tapşırığı verib.
İstanbul nəhəngi onları göndərə bilsə, astronomik məbləğdəki maaşlarını ödəməkdən qurtulmuş olacaq.