Əfsanəvi futbolçu Didier Droqba Türkiyəyə gələcək.
Offsideplus.az sözügedən ölkənin mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı Kot D'ivuarlı futbolçu "Qalatasaray"ın Türkiyə Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində "Yeni Malatyaspor"la keçirəcəyi oyunu "Türk Telekom" stadionundan canlı izləyəcək. Futbolçu "Qalatasaray"ın prezidenti Mustafa Çingiz tərəfindən dəvət edilib.
Qeyd edək ki, Droqba 2013-2014-cü illər mövsümündə "Qalatasaray"da çıxış edib və çıxdığı 37 oyunda 15 dəfə rəqib qapılarına yol tapıb.
Xatırladaq ki, oyun sabah Bakı vaxtı ilə 20:00-da başlayacaq.