Türkiyə kubokunda son yarımfinalçı məlum olub.
Offsideplus.az xəbər verir ki, “Qalatasaray” klubu 2-2-lik matçında revanşında öz meydanında “Konyaspor”la münasibətlərinə aydınlıq gətirib.
“Cimbom” 14-cü dəqiqədə hesabda geri düşməsinə baxmayaraq oyunda dönüş yara bilib. Fatih Terimin komandası 4 qol vuraraq matçdan 4:1 qalib ayrılıb və adını yarımfinala yazdırıb.
“Qalatasaray” final gedən yolda “Akhisar Gənclik Spor”la qarşılaşacaq. Yarımfinalın digər matçı “Fənərbağça” və “Beşiktaş” arasında olacaq.
“Qalatasaray” – “Konyaspor” – 4:1
Qollar: 14 – Fofana (0:1), 17 – Sərdar Əziz (1:1), 52 – Qomis (2:1), 88 – Qomis (88), 90+1 – Qarri Rodriqes (4:1).