“Qalatasaray”ın futbolçusu Davinson Sançes karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Offsideplus.az “Posta” nəşrinə istinadən xəbər verir ki, “Komo” kolumbiyalı futbolçunu transfer etmək istəyir. İtaliya klubu 29 yaşlı mərkəz müdafiəçisi üçün “Qalatasaray”a bonuslarla birlikdə 18 milyon avro dəyərində təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, “sarı-qırmızılar” Sançesi 2023-cü ildə “Tottenhem”dən 9,5 milyon avro qarşılığında heyətinə transfer etmişdi.