"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov futbolçuların siqaret çəkməsi ilə bağlı səslənən fikirlərə mövqeyini bildirib.

Offsideplus.az xəbər verir ki, məlumatı "RB Sport" yayıb. Təcrübəli qolkiper bunları söyləyib:

"Siqaret çəkməyin oyunçunun sağlamlığına təsiri yoxdursa, niyə çəkəməsin ki? Əsas tənqid onun göstərdiyi oyunu ilə bağlı ola bilər. Əgər o, siqaret çəkir və meydanda bacarığını davamlı olaraq nümayiş etdirirsə, burada qeyri-adi bir şey yoxdur. İstəsə içər, istəsə siqaret çəkər, istəsə də başqa bir şey edər".

Qeyd edək ki, Lunyov hazırda Moskva "Dinamo"sunun uğurları üçün çalışır.