Lunyov "Qızıl top" mükafatını qazanmaq istəyən qolkiperlərin nələrə diqqət yetirməli olduğunu Lev Yaşinin nailiyyətini örnək göstərərək açıqladı.

Offsideplus.az xəbər verir ki, məlumatı "championat.com" paylaşıb. Təcrübəli qolkiper bunları söyləyib:

"Bunun üçün qapıçının milli komandada beynəlxalq yarışlarda qələbə sevinci yaşaması, klubu ilə Çempionlar Liqasının kubokunu qaldırması və eyni zamanda yüksək səviyyə nümayiş etdirməsi vacibdir. Noyer və Buffon buna yaxın olmuşdu. Hazırda isə bu mövqedə Martines dayanır. O, Argentina yığması ilə Amerika Kubokunu və dünya çempionatını qazanıb. Bəlkə də "Aston Villa"da oynamasaydı, Çempionlar Liqasını da qazansaydı, "Qızıl top" mükafatını ala bilərdi".

Qeyd edək ki, Lunyov hazırda Moskva "Dinamo"sunun uğurları üçün çalışır.