“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviçin Rusiya mətbuatına açıqlama verib.
Offsideplus.az xəbər verir ki, monteneqrolu mütəxəssis Premyer Liqada azarkeşlik etdiyi klubun adını açıqlayıb. Bojoviç “Zenit”lə “Krasnodar”ın rəqabətinə münasibət bildirib:
“Mən “Krasnodar”ın prezidenti Sergey Qalitskinin tərəfindəyəm. O, özünün ilk titulunu haqq edib. Bu adam klub üçün çox şey edir. O, futbolu sevir. Stadion, park, baza, akademiya, meydanlar üçün xeyli pul xərcləyib. Ona əhsən düşür. Öz pulunu futbol və insanlar naminə xərcləyən adam yoxdur. Əgər “Krasnodar” çempion adını qazansa, şad olaram. Artıq onların öz tarixini yazmaq vaxıdır. Amma “Zenit” ciddi rəqibdir. Rusiyada məhz onların birinci yerdə olmasına adət ediblər”.
Qeyd edək ki, “Zenit” son 5 mövsümdə Rusiya çempionu olub.